RU

Azərbaycan Universitetində Vətən müharibəsi iştirakçıları ilə görüş Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatı (TGT) “Zəfərə aparan yol” adlı tədbir keçirib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş əsgər və zabitlərin xatirəsini ehtiramla yad etmək, Vətən müharibəsi iştirakçılarını tələbələrə tanıtmaq məqsədilə təşkil olunan tədbir 27 Sentyabr – Anım Gününə həsr olunub.

Vətən müharibəsi iştirakçılarından Amil Əbilov, Cümşüd Hüseynov, Xanlar Məmmədəliyev və Şirin Alıyev, Azərbaycan Universitetinin şəhid məzunu Fəxrəddin Qurbanlının ailə üzvləri, universitetin professor-müəllim heyəti və TGT-nin fəal üzvlərinin iştirak etdiyi tədbirdə dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirin əvvəlində Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Səfər Məmmədov, Siyasi və ictimai elmlər kafedrasının müdiri, dosent Elvin Talışinski, Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının sədri vəzifəsini müvəqqəti icra edən Hüseyn Rüstəmli çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsinin həlledici məqamlarına toxunulub, Anım Gününün təsis olunmasının, Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi birlik və həmrəyliyin əhəmiyyətindən bəhs olunub.

Tədbirin sonunda Azərbaycan Universitetinin məzunu və Aprel şəhidi Fəxrəddin Qurbanlının əmisi Afiq Qurbanov çıxış edərək, Azərbaycan xalqının öz şəhidlərinin xatirəsini hər zaman böyük qürur və ehtiramla yad etdiyini bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
qafqazinfo.az

1Источники