RU

Almaniya hərbi xidmətə çağırışı bərpa etmək istəyir


“Əgər bundesver yaxın illərdə özünü lazımi sayda hərbi heyətlə təmin edə bilməsə, Almaniya həqiqi hərbi xidmətə çağırışa qayıda bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
Onun sözlərinə görə, qərar yalnız parlamentin razılığı ilə veriləcək.
Müdafiə naziri bildirib ki, hökumətin məqsədi səkkiz-on il ərzində ordunun və ehtiyatların sayını 460 min nəfərə çatdırmaqdır.
Belə ki, bunun üçün 2026-cı ildən başlayaraq, İsveç modelinə əsaslanan yeni hərbi xidmətə qəbul modelinin tətbiqi planlaşdırılır.
Bu modelə uyğun olaraq, 2007-ci ildən sonra doğulan bütün gənc kişilərdən şəxsi məlumatları olan xüsusi anketləri doldurmaq tələb olunacaq. Qadınlar isə bu prosesdə ancaq könüllü olaraq iştirak edə biləcəklər.
Qeyd edək ki, hazırda bundesverin 203 minlik hədəflə müqayisədə təxminən 182 minlik heyəti var.
Избранный
6
1
yeniavaz.com

2Источники