RU

Tramp baş verən texniki problemlərə görə cavabdehlərin həbsini tələb edib

Ajans.az xəbər verir ki,o, sosial şəbəkədə yazdığı paylaşımında eskalatorun qəfil dayanması, teleprompterin işləməməsi və zalda səs sisteminin sıradan çıxması kimi hadisələrin arxasında qəsd olduğunu bildirərək, məsul şəxslərin həbs edilməsini tələb edib. Tramp paylaşımında bildirib ki, eskalator qəfil dayandığı zaman həyat yoldaşı Melaniya ilə birlikdə ciddi təhlükə ilə üz-üzə qalıblar:
“Biz sadəcə tutacaqdan möhkəm yapışdıq, yoxsa üz üstə düşə bilərdik. Bu sırf təxribatdır və bunu edənlər həbs olunmalıdır!” Daha sonra Tramp teleprompterin nitqi zamanı işləməyi dayandırdığını və nitqini əlahəzrət söyləmək məcburiyyətində qaldığını qeyd edib. O, 15 dəqiqəlik gecikmədən sonra texniki problemin aradan qalxdığını və çıxışının yaxşı qiymətləndirildiyini vurğulayıb. Üçüncü problem isə zalda səs sisteminin tamamilə sıradan çıxması olub:
“Dünya liderləri tərcüməçilərin qulaqcıqlarından istifadə etməsə, nitqdən bir kəlmə belə eşidə bilməzdilər. Bu, BMT-yə qarşı qəsdən törədilən üçlü təxribat aktıdır.” Tramp bu hadisələrlə bağlı BMT Baş katibinə məktub göndərdiyini və dərhal araşdırma aparılmasını tələb etdiyini bildirib. O, həmçinin eskalatorun bütün təhlükəsizlik qeydlərinin saxlanmasının vacib olduğunu vurğulayaraq, “Məxfi Xidmət artıq bu işin üzərindədir” deyib. Prezident qeyd edib ki, BMT yaradılma məqsədini yerinə yetirə bilməyib və belə təxribatlara qarşı ciddi tədbirlər görülməlidir.

 

Избранный
14
Ajans.az

1Источники