RU

Vəhşi heyvan və quşlar saxlanan "Qədir Xum” və "Fədək” restoranlarında monitorinq keçirildi

BAKI, 24 sentyabr. TELEQRAF

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarıyarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Hacıqabul rayonunun Bakı-Şirvan avtomobil yolunda yerləşən "Qədir Xum”, Pirsaat qəsəbəsində yerləşən "Fədək” restoranında monitorinq keçirib.

Bu barədə Teleqraf-a AQTA-dan məlumatr verilib.

Monitorinq zamanı restoranlarda olan vəhşi heyvan və quşların növü, eləcə də miqdarı müəyyən edilib.

Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, quşların saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.

Избранный
33
9
teleqraf.com

10Источники