RU

Azərbaycan-Pakistan strateji münasibətlərinin uğurlu inkişafı müzakirə edilib

Bakı. Trend:

Sentyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova iləPakistan Senatının sədri Syed Yusuf Raza Gilani arasında telefondanışığı olub.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Pakistanarasında strateji münasibətlərin dostluq və qardaşlıq prinsipləriəsasında uğurla inkişafından razılıq ifadə olunub. İki ölkəarasında əlaqələrin dərinləşməsində Prezident İlham ƏliyevinPakistana səfərlərinin, Pakistanın Baş nazirlərinin Azərbaycanasəfərlərinin və imzalanmış sənədlərin xüsusi rolu vurğulanıb.

Tərəflər dost və qardaş ölkələrimiz arasında əlaqələrin ruhunauyğun olaraq, parlamentlərimiz arasında da səmərəli münasibətlərqurulduğunu qeyd edərək, qanunvericilik orqanlarımızın həmikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarıçərçivəsində sıx əməkdaşlıq etdiklərini ifadə ediblər.

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlərhaqqında da fikir mübadiləsi aparılıb.

Избранный
19
12
az.trend.az

10Источники