RU

Sarkozi beş il müddətinə azadlıqdan məhrum edildi

Fransa məhkəməsi keçmiş prezident Nikolya Sarkozini özünün seçki kampaniyasını Liviyadan maliyyələşdirməsi üzrə cinayət işində təqsirli bilib.

“Yeni Sabah” xəbər verir ki, işlə bağlı təhqiqat 2012-ci ildə Liviya hakimiyyətinin Sarkozinin 2007-ci il prezidentlik kampaniyasına 50 milyon avro köçürdüyünə dair sənədlərin KİV-də dərc olunmasından sonra başlayıb.

Bundan sonra Sarkozi, həmçinin seçki kampaniyanın qeyri-qanuni maliyyələşdirilməsində və korrupsiyada ittiham olunub. Keçmiş prezident dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ilə bağlı ittihamlardan bəraət alıb. Pepperoni pizza

BFMTV telekanalının məlumatına görə, bu ilin martında Fransa prokurorluğu keçmiş prezident Nikolya Sarkozinin 2007-ci ildəki seçki kampaniyasının Liviyadan maliyyələşdirilməsi ilə bağlı ona yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini tələb edib.

Məhkəmə Sarkozinin 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına qərar verib. 

 


Telegram kanalımız
Избранный
10
yenisabah.az

1Источники