RU

Tbilisidə hoteldə atışma olub, bir nəfər girov götürülüb - VİDEO

Tbilisidə Holiday Inn hotelində atışma olub.

APA xəbər verir ki, bu barədə "Rustavi 2" telekanalı məlumat yayıb.

Məlumata görə, hoteldə qalanlardan biri öz otağında atəş açıb.

“Formula” telekanalı bildirir ki, “Holiday Inn”də naməlum şəxs başqa bir şəxsi girov götürüb.

Hotelin binasına polis, eləcə də xilasedicilər göndərilib.

Daxili İşlər Nazirliyindən hələlik rəsmi açıqlama verilməyib.

İlkin məlumata görə, atışmada şübhəli bilinən şəxs saxlanılıb.

Избранный
33
6
apa.az

10Источники