ABŞ-də keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası üçün Nyu-Yorkda olan Zelenski, Telegram hesabında paylaşdığı məlumatda Suriya Prezidenti Şara ilə görüşdüyünü bildirib.
Manset.az-ın məlumatına görə, Zelenski bildirib ki, görüş zamanı Ukrayna və Suriyaya yönələn təhlükəsizlik təhdidləri, bu təhdidlərə qarşı mübarizə və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub:
"Qarşılıqlı hörmət və inama əsaslanan münasibətlər qurmaq barədə razılığa gəldik".
Görüşdə iki ölkə arasında diplomatik münasibətlərin yenidən qurulmasına dair birgə bəyanatın da imzalandığını bildirən Zelenski əlavə edib:
"Bu mühüm addımdan məmnunuq və Suriya xalqına sabitliyə doğru yolda dəstək verməyə hazırıq."