RU

Kredit kartları ilə bağlı yenilik nələri dəyişəcək? — AÇIQLAMA

Mərkəzi Bankın yeni qaydalarına əsasən, kommersiya banklarının kredit kartlarının limitlərinin məhdudlaşdırılması həyata keçirildi. Limit kart sahibinin gəlirindən 5 dəfə artıq ola bilməz. Bu addım ayrılmış kreditin kart sahibi tərəfindən geri qaytarılmasında yaranan problemlərlə əlaqədardır”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, bəzən kredit limiti kart sahibinin gəlirinə uyğun olmayaraq açılırdı:



“Nəticədə kart sahibi həmin limitdən istifadə edirdi, amma onu geri qaytarmaqda problem olurdu. Ona görə Mərkəzi Bank tərəfindən problemli kreditlərin həcminin azaldılması, eyni zamanda vətəndaşların izafi borclanmasının qarşısının alınması üçün məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar qəbul etdi”.

Deputat son olaraq qeyd edib ki, kartda karta köçülürən məbləğlərdə limitin tətbiq edilməsi isə sahibkarların bundan istifadə edərək vergidən yayınmasıdır.

Cavidan Mirzəzadə
Demokrat.az
Избранный
9
2
demokrat.az

3Источники