RU

Məhkəmə Sarkozi ilə bağlı QƏRAR VERDİ - Həbs olundu

Paris məhkəməsi keçmiş Fransa prezidenti Nikola Sarkozini 2007-ci il seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı işdə təqsirli bilib və 5 il müddətinə azadlıqdan məhrum edib.

Musavat.com xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məhkəmənin hökmünə əsasən, cəza şərti verilib.

Hökm Sarkozinin ən yaxın adamlarının Liviya lideri Müəmmər Qəddafi ilə qondarma "korrupsiya paktı" bağladığı və bu müqavilə vasitəsilə gələcək prezidentin kampaniyasının qanunsuz maliyyələşdirilməsi ilə bağlı iddialara əsaslanıb.

Sarkozinin Qəddafi rejimi ilə əlaqəsi iddiası ilə bağlı iş on ildən artıqdır ki, Fransada araşdırılır və ölkənin siyasi tarixində ən səs-küylü məhkəmələrdən birinə çevrilir.

Musavat.com

Избранный
7
1
musavat.com

2Источники