RU

Ərdoğan Nyu-Yorkda Makronla zarafatlaşdı

Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğanla Emmanuel Makron arasında görüş keçirilib.

 

Senzor.az Türkiyə mediasına istinadən bildirir ki, liderlər Türkiyə-Fransa münasibətləri başda olmaqla regional və beynəlxalq məsələləri müzakirə ediblər. 

 

Danışıqlardan əvvəl isə Ərdoğanla Makron arasında maraqlı dialoq olub. Belə ki, Ərdoğan Makrona “Necəsiniz” sualını ünvanlayıb, Fransa lideri isə cavabında yaxşı olduğunu bildirib. 

 

Bunun ardınca, Türkiyə Prezidenti fransalı həmkarına zarafatla “Yaxşı imiş, demək ki, yaxşı olduğu zamanlar da olur” deyib. 

 

İki ölkə liderinin dialoqunun görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

 

Həmin görüntüləri təqdim edirik:




Избранный
8
12
senzor.az

10Источники