Avropa Parlamentinin Macarıstandan olan deputatı Kinqa Qal bəyan edib ki, Avropa ombudsmanı Avropa İttifaqının Cənubi Amerikanın ümumi bazarı olan MERCOSUR ilə razılaşması barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Fransa Prezidenti Emmanuel Makron arasında aparıldığı iddia edilən gizli yazışmalarla bağlı araşdırmaya başlayıb.
KONKRET.az xəbər verir ki, deputat Qal Avropa Komissiyasının fəaliyyətində şəffaflığın çatışmazlığından ciddi narahatlıq ifadə edib.
O, Avropa institutlarında açıq və hesabatlı iş prinsiplərinin qorunmasının vacibliyini vurğulayıb və gizli danışıqların aparılmasını, eləcə də rəsmi yazışmaların yoxa çıxmasını yolverilməz adlandırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az