RU

Çin Rusiyaya dron tədarük edib

BAKI, 25 sentyabr. TELEQRAF

Çin şirkətləri Rusiyaya hərbi dronlar tədarük edib, həmçinin Çin mühəndisləri dronların sınaqlarında iştirak ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Çin mütəxəssisləri Rusiya Müdafiə Sənayesi müəssisəsi "Kupol"a dəfələrlə səfər edərək hərbi pilotsuz aparatlarla texniki işlər aparıblar.

Qeyd edilir ki, keçən ildən etibarən Çin nümayəndələri müəssisəyə altıdan çox dəfə səfər edib. Həmin dövrdə zavod Rusiya vasitəçiliyi ilə Çin istehsalı hücum və kəşfiyyat dronları alıb.

Избранный
71
2
teleqraf.com

3Источники