RU

Müharibədən sonra vəzifədən gedəcəm - ZELENSKİ

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, müharibə başa çatdıqdan sonra ölkəni idarə etməyi planlaşdırmır.

Modern.az xəbər verir ki, dövlət başçısı bunu “The Axios Show” proqramına müsahibəsində deyib.

“Mənim əsas məqsədim müharibəni bitirməkdir, vəzifədə qalmaq yox. Mən prezidentliyə yenidən namizəd olmağı düşünmürəm”, – Zelenski vurğulayıb.

Onun sözlərinə görə, atəşkəs əldə ediləcəyi təqdirdə parlamentə seçkilərin keçirilməsi ilə bağlı müraciət edəcək.

Zelenski qeyd edib ki, təhlükəsizlik vəziyyəti və konstitusiya çərçivəsi müəyyən çətinliklər yaratsa da, seçkilərin mümkün olduğuna inanır.

O, həmçinin ABŞ lideri Donald Trampla görüşündə də bu mövqeyini dilə gətirdiyini açıqlayıb:

“Əgər atəşkəs olsa, istifadə edə və parlamentə siqnal verə bilərəm”.

Избранный
2
2
modern.az

6Источники