RU

İranlı nazir: Rəşt-Astara dəmir yolu üçün torpaq sahələrinin alınması yekunlaşır

BAKI, 25 sentyabr. TELEQRAF

Rəşt–Astara dəmir yolu üçün torpaq sahələrinin tam alınması işləri yaxın vaxtlarda başa çatacaq.

Teleqraf xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiq bildirib.

Nazir vurğulayıb ki, Gilan əyalətində tikinti işləri iqlim və torpaq şəraiti səbəbindən çətinliklərlə müşayiət olunur və işlərin sürətlə irəliləməsi vacibdir:

"Layihə çərçivəsində Rəşt-Astara dəmir yolu Rusiyanın və Azərbaycanın dəmir yollarına birləşdiriləcək. Hazırda yalnız Gilan ərazisində qalan çatışmayan hissə ilin sonuna qədər tamamlanacaq. Layihənin 10 km-lik hissəsi artıq tikilib".

Nazir əlavə edib ki, gələn ay Rusiya və Azərbaycanla üçtərəfli görüş keçiriləcək.

Избранный
24
2
teleqraf.com

3Источники