Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, müharibə bitdikdən sonra ölkəni idarə etmək planları yoxdur.
"Unikal" xəbər verir ki, o, bu barədə Amerikanın “The Axios Show” verilişində açıqlama verib.
Bundan əlavə, Zelenski bildirib ki, atəşkəs əldə olunarsa, seçkilərin təşkili xahişi ilə Ukrayna parlamentinə müraciət edəcək.
Aparıcının "Müharibə bitdikdən sonra işini bitmiş hesab edib-etməyəcəyini" soruşduqda, Zelenski istefaya “hazır” olacağını bildirib.
"Məqsədim müharibəni bitirməkdir, prezidentliyə davam etmək deyil”, - Ukrayna prezidenti qeyd edib.
Gülayə Mecid