RU

Misir nümayəndəsi: İsraillə olan sülhə təhdid yaranıb

“İsrailin Qəzza və bölgədəki hərbi əməliyyatları Misirlə 50 ildən bəri mövcud olan sülhü təhdid edir”.

AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasındakı çıxışında Misirin nümayəndəsi, səfir Osama Əbdülxalıq deyib.

O, həmçinin İsraili hərbi əməliyyatları ilə Qəzzada humanitar böhrana səbəb olmaqda ittiham edib.

Qeyd edilməlidir ki, Misir ilə İsrail arasında sülh müqaviləsi 1979-cu il martın 26-da Misir Prezidenti Ənvər Sadat və İsrailin Baş naziri Menahem Begin tərəfindən imzalanıb. Bu sənəd 1978-ci ildəki “Kemp-Devid” razılaşmasına əsaslanıb. ABŞ-ın vasitəçiliyi ilə hər iki ölkə arasında müharibə sona çatıb və təhlükəsizlik barədə razılaşma əldə edilib.

Misir və İsrail son günlər qarşılıqlı ittihamlar irəli sürürlər. Sentyabrın əvvəlində Misir Prezidenti Əbdülfəttah əl-Sisi xəbərdarlıq edərək bildirmişdir ki, İsrailin son əməliyyatları sülhə təhdiddir.

Избранный
2
3
yeniazerbaycan.com

4Источники