RU

Bakıda daha bir yerüstü metro stansiyası tikilir

“Bakıda daha bir yerüstü metro stansiyasının inşasına başlanılıb”.

Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Layihələrinin İdarə olunması Departamentinin rəis müavini Məmməd Rzayev deyib.

O bildirib ki, adıçəkilən yerüstü stansiya metropolitenin “yaşıl xətt”inə xidmət edəcək “Dərnəgül” deposunun daxilində olacaq:

“Dərnəgül” deposunda, həmçinin, yerüstü stansiya nəzərdə tutulub. Stansiyanın şərti adı “Dərnəgül deposu” adlandırılıb. Stansiya 2027-ci ildə istifadəyə veriləcək”.

M.Rzayev bildirib ki, adıçəkilən stansiya 2030-cu ilədək istifadəyə veriləcək 10 yeni stansiyaya aid deyil.

Избранный
29
8
banker.az

10Источники