RU

Trampın BMT də başına gələn üç çox müəmmalı hadisə

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak edərkən "çox zərərli xarakter daşıyan üç hadisə" ilə üzləşdiyini bildirib.

Onun sözlərinə görə, həyat yoldaşı Melaniya ilə birlikdə qalxdıqları eskalator qəfil dayanıb, çıxışı zamanı teleprompter işləməyib və zalda səs kəsilib.

Tramp bunu "üçqat sabotaj" adlandıraraq dərhal araşdırılmasını tələb edib.

Ağ Ev rəhbəri bu barədə "Truth social" sosial şəbəkəsində yazıb: "Dünən Birləşmiş Millətlər Təşkilatında həqiqətən uatncdan bəhs edilməli hadisə baş verdi. Bir yox, iki yox, düz üç çox müəmmalı hadisə!".

O, "müəmmalı hadisələr" deyərkən eskalatorun qəfil dayanmasını, teleprompterin işləməməsini və çıxışı zamanı səsin kəsilməsini nəzərdə tutduğunu vurğulayıb.

"Əvvəlcə, əsas mərtəbəyə qalxan eskalator qəfil dayandı. O, elə yerindəcə dayandı. Möcüzədir ki, Melaniya ilə mən üzü üstə iti metal pillələrə yıxılmadıq. Yalnız tutacaqlardan bərk yapışdığımız üçün faciə baş vermədi", - deyə Tramp yazıb.

Qeyd ed\ək ki, ABŞ prezidenti daha sonra çıxışının ilk 15 dəqiqəsində teleprompterin işləmədiyinə diqqət çəkib.

"Üçüncüsü, mənə çıxışdan sonra dedilər ki, zalda səs tamamilə kəsilib və dünya liderləri, əgər tərcüməçi qulaqlıqlarından istifadə etməyiblərsə, heç nə eşitməyiblər", - deyə Tramp bildirib.

Onun sözlərinə görə, bunu ona həyat yoldaşı Melaniya deyib. O, birinci sırada oturmasına baxmayaraq, "bir kəlmə də eşitməyib".

"Bu təsadüf deyildi, bu, BMT-də üçqat sabotaj idi. Onlar buna görə utanmalıdırlar", - Tramp vurğulayıb və BMT baş katibi Antonio Quterreşə bu barədə məktub göndərəcəyini əlavə edib.

BMT rəhbərliyində Trampın sabotaj iddiaları rədd edilib. Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik açıqlamasında bildirib ki, eskalatorda Tramp və Melaniyanı çəkən ABŞ prezidentinin mətbuat qrupunun videooperatoru arxaya hərəkət edərkən təhlükəsizlik sistemini işə salıb.

"Bu mexanizm insanların və ya əşyaların təsadüfən mexanizmə ilişib qalmasının qarşısını almaq üçün nəzərdə tutulub. Videooperator, yəqin ki, bilmədən bu funksiyanı aktivləşdirib", - Düjarrik X sosial şəbəkəsində yazıb.

Lakin bu izah Ağ Evin mətbuat katibi Karolin Levit üçün qənaətbəxş olmayıb. O, məsələni axıra qədər araşdıracaqlarını bildirib.

"Əgər kimsə BMT-də prezident və birinci xanım eskalatorda qalxarkən onu bilərəkdən dayandırıbsa, həmin şəxs dərhal işdən çıxarılmalı və araşdırma aparılmalıdır", - deyə o, "X" sosial şəbəkəsində yazıb.

BMT Baş Assambleyasında digər liderlərin də başına gələnlər

Tramp Baş Assambleya zamanı xoşagəlməz vəziyyətlə üzləşən yeganə dövlət başçısı olmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə Fransa prezidenti Emmanuel Makronun və nümayəndə heyətinin avtomobillərinin Trampın korteji üçün dayandırıldığı, buna görə də piyada getməyə məcbur qaldıqları görünür.

Makron polislə danışmaq üçün maşından düşsə də, ona hərəkətə icazə verilməyib. Bundan sonra o, ABŞ prezidentinə mobil telefonla zəng edib:

"Təsəvvür edirsən? Mən küçədə gözləyirəm, çünki hər yeri sənin üçün bağlayıblar", ,-deyə Makron deyib.

Lakin buna baxmayaraq, Fransa nümayəndə heyətinə yol açılmayıb və Makron BMT-nin qərargahına piyada getməli olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
34
1
baku.ws

2Источники