RU

Zelenski: Ukrayna və Suriya diplomatik münasibətləri bərpa edib

Ajans.az xəbər verir ki,prezident Zelenski bildirib ki, Ukrayna “sabitliyə gedən yolda Suriya xalqını dəstəkləməyə hazırdır” və iki ölkə arasında yeni mərhələyə qədəm qoyulur. “Danışıqlarımız zamanı Suriya prezidenti Əhməd əl-Şaraa ilə birgə əməkdaşlığın inkişaf etdirilə biləcəyi sahələri, hər iki ölkənin təhlükəsizliyinə olan təhdidləri və onlara qarşı birgə mübarizənin əhəmiyyətini ətraflı şəkildə müzakirə etdik. Biz qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin qurulmasına razılaşdıq”, – deyə Zelenski vurğulayıb. Diplomatik əlaqələrin bərpası, Ukraynanın Yaxın Şərq regionunda beynəlxalq mövqelərini genişləndirmək istiqamətində atdığı mühüm addım kimi qiymətləndirilir. Suriya tərəfi isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər son illər ərzində siyasi və geosiyasi səbəblərlə gərgin olmuşdu. Yeni mərhələnin necə inkişaf edəcəyi növbəti diplomatik təmaslarda aydınlaşacaq.

Избранный
8
Ajans.az

1Источники