RU

Bakı metrosu bəzi stansiyalarda intervalın fərqli olmasının səbəbini açıqlayıb

Yeni tədris mövsümündən "Bakı Metropoliten" QSC iş günlərinin pik saatlarında "28 May" stansiyasından "Əhmədli" stansiyasına qədər qatarlar arasında intervalı 1 dəqiqə 45 saniyə müəyyən edib.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Bununla belə, onun sözlərinə görə, əsas çətinlik "Yaşıl" və "Qırmızı" xətlərin 28 May stansiyasında kəsişməsidir: "Bu səbəbdən pik saatlarda "28 May" stansiyasından "İçərişəhər" və "Dərnəgül" istiqamətinə qatarların hər birinin hərəkət intervalı 7 dəqiqəyə yüksəlir, yəni qatarlar arasında 3 dəqiqə 30 saniyə fərq yaranır. Sərnişin axınını tənzimləmək üçün əlavə tədbirlər görülür. Məsələn, səhər saatlarında "Memar Əcəmi" istiqamətində metornun iki xüsusi sıxlıq olan stansiyaları var ki, bunlar da "20 Yanvar" və "Koroğlu"dur.

Son dövrlərdə sərnişin sayı artan "Memar Əcəmi" və İnşaatçılar stansiyalarında axını tənzimləmək məqsədilə səhər saat 08:00–09:00 arası "Memar Əcəmi" stansiyasından iki qatar geriyə qaytarılır. Bu zaman isə "Memar Əcəmi–Dərnəgül" istiqamətində interval iki dəfə artır. Texniki imkanlara görə, həmin sahədə daha çox qatar buraxmaq mümkün deyil. Bununla belə, sərnişin axını daima monitorinq olunur".

B.Məmmədov əlavə edib ki, səhər saatlarında ən sıx məntəqələrdən biri də "Neftçilər–Koroğlu" istiqamətidir. "Saat 08:00–09:00 arası sərnişin axınının tənzimlənməsi üçün bir qatar "Neftçilər" stansiyasından sərnişinsiz çıxaraq Koroğlu stansiyasına gedir və yalnız oradan sərnişin qəbul edərək hərəkətini davam etdirir".

Избранный
42
ikisahil.az

1Источники