RU

Ukrayna kəşfiyyatı Rusiya ödəniş sisteminə kiberhücum etdi

BAKI, 25 sentyabr. TELEQRAF

Ukrayna Baş Kəşfiyyat İdarəsinin kiber mütəxəssisləri Rusiya milli ödəniş sistemi "BPS" və provayder "TransTeleCom"un rəqəmsal infrastrukturuna genişmiqyaslı hücum həyata keçiriblər.

Teleqraf xəbər verir ki, bu barədə "RBK-Ukraina" mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, hücum nəticəsində bu resursların fəaliyyəti qismən dayandırılıb. Nəticədə Rusiya vətəndaşları banklararası köçürmələr və mallar, xidmətlər üçün ödənişləri həyata keçirə bilməyiblər. Yanacaqdoldurma məntəqələrində onlayn ödənişlər və ictimai nəqliyyatda QR-kodla ödənişlər mümkün olmayıb.

Həmçinin, internet bağlantısı və interaktiv televiziya xidmətlərində məhdudiyyətlər yaranıb.

Qeyd edilir ki, hücumun nəticəsində iqtisadi ziyanın təxminən 30 milyon ABŞ dolları olduğu bildirilir.

Избранный
13
teleqraf.com

1Источники