RU

Pik saatlarda 28 May-Əhmədli istiqamətində metro intervalları 1 dəqiqə 45 saniyədir - Metropoliten rəsmisi

Bakı: Trend:

“Bakı Metropoliteni”ndə yeni tədris mövsümündən başlayaraq işgünlərində günün pik saatlarında olmaq şərtilə, hərəkət qrafiki 28May stansiyasından Əhmədli stansiyasına qədər 1 dəqiqə 45 saniyəelan olunub.

Bunu Trend-əaçıqlamasında Bakı Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədovdeyib.

O bildirib ki, Bakı Metropoliteninin bu gün əsas problemi yaşılvə qırmızı xətlərin 28 May stansiyasında kəsişərəkbirləşməsidir.

“Bu səbəbdən artıq 28 May stansiyasından İçərişəhər və Dərnəgülistiqamətində qatarların hərəkəti pik saatlarda iki dəfə artır,yəni interval 3 dəqiqə 30 saniyəyə çatır. Lakin BakıMetropolitenində bu kimi hallarla bağlı əlavə tənzimləmə tədbirləridə mövcuddur. Məsələn, yalnız bir istiqamət üzrə götürsək, səhərsaatlarında Memar Əcəmi xəttində iki xüsusi sıx stansiya var: 20Yanvar və Koroğlu. 20 Yanvar stansiyası ilə yanaşı, son dövrlərdəsərnişin axını çox olan Memar Əcəmi və İnşaatçılar stansiyalarındasıxlığı tənzimləmək məqsədilə səhər saat 08:00-dan 09:00-a qədərMemar Əcəmi stansiyasından iki qatar geri qaytarılır. Bu zamanMemar Əcəmi-Dərnəgül istiqamətində qeyd etdiyim interval iki dəfəartır”.

Bəxtiyar Məmmədov əlavə edib ki, həmin sahədə metronun texnikiimkanlarına görə əlavə qatar buraxmaq mümkün deyil. Lakin buistiqamətdə də sərnişin axını üzrə xüsusi monitorinqləraparılır:

“Sıxlığın yaranması və sərnişin tələbatı daim nəzarətdəsaxlanılır. Məsələn, səhər saatlarında Neftçilər istiqamətindənKoroğlu istiqamətinə hərəkət edən xətt üzrə ən sıx stansiya məhzKoroğludur. Bu səbəbdən saat 08:00-09:00 aralığında sərnişinaxınını tənzimləmək məqsədilə bir qatar sərnişinsiz şəkildə Koroğlustansiyasına göndərilir. Yəni, qatar Neftçilər stansiyasındansərnişin götürmədən çıxır, Koroğlu stansiyasına çatdıqdan sonra isəsərnişinlərlə yola davam edir”.

Məqalədə:
Избранный
17
1
az.trend.az

2Источники