RU

AFFA üç klubu cərimələyib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Xezerxeber.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, iclasda Misli Premyer Liqasının V turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Sabah” – “Turan Tovuz” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə ev sahibi komanda 2000 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasının 28-ci dəqiqəsində Naxçıvan təmsilçisinin futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub 500 manat cərimələnib.

Həmin görüşün 60-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam təmsilçisi 5000 manat ziyana düşüb.

Избранный
28
5
xezerxeber.az

10Источники