RU

Ərdoğan Vaşinqtondadır

Hurriyyet.az xəbər verir ki, BMT-nin Baş Assmbleyasında iştirak etmək üçün Nyu-York şəhərində səfərdə olmuş Türkiyə Prezidenti R.T.Ərdoğan ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Vaşinqtona yollanıb.

Ağ Evdəki müzakirələrin əsas mövzusunun Qəzza sektorundakı vəziyyət ilə Suriya məsələlərinin olması gözlənilir.

Türkiyə mətbuatının yazdığına görə, Trampın Ərdoğanı Bler Haus iqamətgahında qarşılamağı planlaşdırması iki lider arasında isti münasibətlərin olduğunu göstərir. 

Görüşdən sonra prezidentlər Oval kabinetdə, Türkiyə və ABŞ jurnalistləri ilə birgə mətbuat konfransı keçirəcəklər.

Hürr Tərcüman

Избранный
20
hurriyyet.az

1Источники