RU

Məmməd Rzayev: "Nizami" və "28 May" stansiyaları arasında hərəkət müvəqqəti saxlanılacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Metroda xətlərin ayrılması layihəsinin icrası davam edir".
Oxu.Az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib.
O bildirib ki, 200 metrə yaxın uzunluğu olan tunellər inşa ediləcək və bunun üçün "yaşıl xətt" və "qırmızı xətt" üzrə sərbəst hərəkət təmin ediləcək:
"Xətlərin ayrılması layihəsinin tərkib hissəsində olan hər iki tunelin inşası zamanı "Nizami" və "28 May" stansiyaları arasında hərəkət müvəqqəti saxlanılacaq. Dayanma müddətinin uzun olmaması məqsədilə "28 May" stansiyasının ərazisində iki ədəd yanaşma tunelinin inşasını önə saldıq ki, bu tunellərin inşası prosesində mümkün qədər qısa müddətdə hərəkətin dayanmasına səbəb olsun. Hazırda 2 saylı şaxtada svayvurma işlərinə başlanılıb. Şaxtanın tikintisi yanvar ayında başa çatdırılıb. Eyni zamanda, həmin ərazidə daha öncədən kommunikasiya işlərinin köçürülməsi tamamlanıb. 1 saylı şaxtanın ərazisi hasara alınıb və kommunikasiya xətlərinin köçürülməsi prosesi davam edir".
Samir Əli
Избранный
15
7
oxu.az

10Источники