RU

"Qarabağ", "Sabah" və "Araz-Naxçıvan" cərimələndi

AFFA İntizam Komitəsi "Sabah", "Qarabağ" və "Araz-Naxçıvan" klublarını cərimələyib.

News24.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, sentyabrın 21-də Misli Premyer Liqasında V turun "Araz-Naxçıvan" – "Qarabağ" oyununun 28-ci dəqiqəsində "Araz-Naxçıvan" komandasının 5 nömrəli futbolçusu Slavik Alxasov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, "Araz-Naxçıvan" komandası 500 manat cərimə edilib.

Sentaybrın 21-də Misli Premyer Liqasında V turun "Araz-Naxçıvan" – "Qarabağ" oyununun 60-cı dəqiqəsində "Qarabağ" komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "Qarabağ" klubu 5000 manat cərimə edilib.  

Sentaybrın 20-də Misli Premyer Liqasında V turun "Sabah" – "Turan Tovuz" oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Sabah" klubu 2000 manat cərimə edilib. 


Избранный
61
18
news24.az

10Источники