RU

“Port Baku”nun yaxınlığında metro tikiləcək

“Port Baku” kimi tanınan ərazidə metro stansiyasının inşası nəzərdə tutulub.

Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığında “yaşıl xətt”ə daha bir keçid imkanı yaradılacaq: “Babək prospekti üzərində şəhər istiqamətində ilk nəhəng stansiyamız inşa olunacaq. Bu isə o deməkdir ki, sıx hərəkət olan prospekt boyunca da insanlara daha rahat şərait yaradılacaq”.

Bundan əlavə, metronun “Nizami” stansiyasından sonra “Sahil” stansiyasının yaxınlığında da bir stansiya inşa olunacaq və artıq qırmızı xəttə keçid olacaq.

“”Avtovağzal”dan hərəkətə başlayan sərnişinimiz həmin stansiyadan Sahil stansiyasına keçməklə “Həzi Aslanov” stansiyasına qədər başqa növ nəqliyyata keçmədən hərəkətini davam etdirə biləcək”, - deyə B.Məmmədov deyib./lent.az

Избранный
14
25
turkustan.az

10Источники