RU

İSRAİL BAŞ NAZİRİ BMT İCLASI ÜÇÜN YOLA DÜŞÜB » AzadMedia.az

İSRAİL

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasına qatılmaq üçün Nyu-Yorka yola düşüb.
Netanyahu bildirib: SİTAT:“BMT Baş Assambleyasında biz — İsrail vətəndaşları, İsrail Müdafiə Qüvvələri əsgərləri və ölkəmiz — öz həqiqətimizi dilə gətirəcəyik. Qatil, təcavüzkar və uşaqları yandıranları qınamaq əvəzinə onlara İsrail torpağının ortasında dövlət vermək istəyən liderləri ifşa edəcəyəm. Bu, baş verməyəcək.”- SİTATIN SONU

Hazırda Birləşmiş Millətlər Təşkilatının 150-dən çox üzv dövləti Fələstin dövlətini tanıyır. Onların əksəriyyəti bunu onilliklər əvvəl edib. Birləşmiş Ştatlar və digər Qərb ölkələri isə Fələstin dövlətçiliyinin Yaxın Şərq münaqişəsinin yekun həllinin bir hissəsi kimi formalaşmalı olduğunu bildirərək, rəsmi tanınmanı ertələyiblər.

Netanyahu əlavə edib: “Prezident Tramp ilə dördüncü dəfə görüşəcəyəm və onunla qazandığımız qələbələrin yaratdığı böyük imkanları, habelə müharibənin əsas məqsədlərini tamamlamaq ehtiyacımızı müzakirə edəcəyik: bütün girovların geri qaytarılması, Həmasın məğlub edilməsi, İranla müharibə və digər qələbələrdən sonra bizim üçün açılmış sülh imkanlarının genişləndirilməsi.”

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi müharibənin dayandırılması üçün yeni bir plan üzərində nikbinlik ifadə edib. O, planın detallarını açıqlamayıb və nə İsrailin, nə də Həmasın onu qəbul edib-etmədiyini bildirməyib.

Избранный
6
1
azadmedia.az

2Источники