UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Qarabağ"ın rəqibi olan "Kopenhagen" 2025/26 mövsümü Danimarka kubokunda ilk oyununu keçirib.
QOL.az xəbər verir ki, paytaxt təmsilçisi yarışın 3-cü turunda səfərdə "Lyünqbü" ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Youssoufa Moukoko (59) və Viktor Claesson (70) vurublar.
Xatırladaq ki, "Qarabağ"la "Kopenhagen" arasında oyun oktyabrın 1-i Bakıda keçiriləcək.