RU

Azərbaycanda ilk dəfə kasetli silahlar problemi barədə hesabat hazırlanıb

Bakı. TurkicWorld

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi Azərbaycan Respublikası ərazisində ilk dəfə olaraq kasetli silahlar problemi barədə təhqiqat aparıb.

TurkicWorld xəbər verir ki, kasetli silahlar probleminin miqyası və qurbanları barədə yerli və beynəlxalq ictimaiyyətin məlumatlanlandırılması üçün Azərbaycan və ingilis dillərində hesabat hazırlanıb və çap etdirilib.

Hesabatda bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə qeyri-texniki tədqiqat (fiziki müdaxilə edilmədən təhlükəli ərazidə partlayıcı sursatların olub- olmaması, olduğu halda onların növünün və yerinin müəyyən edilməsi ilə bağlı məlumatların toplanılması və təhlili sahəsində işlər) və texniki tədqiqat (fiziki müdaxilə edilməklə təhlükəli ərazidə partlayıcı sursatların olub-olmaması, olduğu halda onların növünün və yerinin müəyyən edilməsi ilə bağlı məlumatların toplanılması və təhlili sahəsində işlər) işləri tam başa çatdıqdan sonra kasetli silahlarla çirklənmənin tam miqyası daha dəqiq bilinəcək.

Beləliklə, bu layihə çərçivəsində Füzuli, Beyləqan, Goranboy, Tərtər, Bərdə rayonlarına və Mingəçevir şəhərinə kasetli silahlarla edilən hücümlar zamanı uşaqlar və qadınların daxil olduğu mülki əhali arasında kasetli silah qurbanlarının olduğu, dinc sakinlərə məxsus fərdi yaşayış evlərinin, nəqliyyat vasitələrinin və kommersiya obyektlərinin zərər çəkdiyi müəyyən edilib.

Bundan başqa Mingəçevir İstilik Elektrik Stansiyasına və beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyi əraziyə də kasetli silahlarla hücumların olduğu müəyyən edilib.

Təhqiqat zamanı aparılmış monitorinqlər, rəsmi şəxslərlə və kasetli silah qurbanları ilə keçirilmiş görüşlər və müsahibələr göstərir ki, kasetli silahlarla zərbə endirilmiş ərazilərdə şəxsi heyət, hərbi texnika və ya nəqliyyat vasitələri olmayıb.

Избранный
12
1
turkic.world

2Источники