RU

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) ofisində atışma

Dallasda gənc oğlan ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) regional ofisinə atəş açıb. ABŞ Daxili Təhlükəsizlik Departamenti axşam saatlarında elan edib ki, atıcı silahı özünə tərəf çevirməzdən əvvəl bir məhbusu öldürüb, iki nəfəri yaralayıb. Oxuməni.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Polis ilkin olaraq iki nəfərin öldüyünü bildirdi.

Departamentin məlumatına görə, yaxınlıqdakı binanın damından atəş açan şəxs ICE ofisinə, o cümlədən meyitin olduğu furqona və həyətdəki yaralılara fərq qoymadan atəş açıb.

FTB direktoru Keş Patel sosial media platformasında atıcının üzərində tapılan güllələrin fotosunu yerləşdirib və onlardan birində "ANTI-ICE" yazısı var.

"İstintaq hələ də davam edir, lakin maddi sübutların ilkin tədqiqi bu cinayətin ideoloji motivli olduğunu göstərir", - Patel yazıb.

ABŞ Prezidenti Donald Tramp da sosial mediada - özünün “Truth Social”-da “dəli solçu radikalları" bu cür cinayətlərə təhrik etməkdə ittiham edib.

Almaz Həsənli

Избранный
16
1
oxumeni.az

2Источники