RU

Metronun 8 Noyabr B4 stansiyaları arasında dəmir yolu xətti tam olaraq çəkilib - Metropoliten rəsmisi

8 Noyabr B4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib, dəmir yolu xətti tam olaraq çəkilib.

Trend xəbər verir ki, bunu bu gün Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Tikinti Layihələrinin İdarə olunması departamentinin rəis müavini Məmməd Rzayev jurnalistlərə açıqlamasında bildirib.

M. Rzayev vurğulayıb ki, layihə üzrə stansiyada 19 ədəd eskalator və 5 ədəd liftin quraşdırılması nəzərdə tutulub. Ekskalatorlardan 12 ədədi artıq inşa edilib.

"B4 stansiyasının C.Məmmədquluzadə küçəsinə 4 ədəd çıxışı olacaq. Bunlardan 2 çıxış tam olaraq inşa edilib, ikisində bərpa-tikinti işləri davam etdirilir. Stansiyanın platformasının uzunluğu 144 metr təşkil edir".

O qeyd edib ki, bənövşəyi xəttin davamı olaraq 7 vaqon xətti hərəkətə buraxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
5
olaylar.az

3Источники