RU

“Bənövşəyi xətt üzrə daha 5 stansiya inşa olunmalıdır”

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“B4 stansiyası bənövşyəi xəttimizin “8 Noyabr”dan sonrakı stansiyası olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramına uyğun olaraq Bənövşəyi xətt üzrə daha 5 stansiya inşa olunmalıdır: “Həmin 5 stansiyadan biri, məsələn, B4 stansiyasından sonrakı B5 stansiyası “Nizami” stansiyasının yaxınlığında yerləşəcək. Hazırda bu stansiyaların ərazilərinin dəqiqləşdirmə işləri aparılır. Həmin stansiyadan birbaşa “Nizami”yə keçid olacaq”. 

B.Məmmədov əlavə edib ki, “Avtovağzal” stansiyasında hərəkətə başlayan sərnişin həmin stansiyadan “Nizami”yə keçməklə hərəkətini Yaşıl xətt üzrə davam etdirəcək.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
15
28
qafqazinfo.az

10Источники