RU

Ceyhun Bayramov ABŞ dövlət katibinin ev sahibliyi etdiyi tədbirə qatılıb



Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ABŞ dövlət katibi Marko Rubionun ev sahibliyi etdiyi Transatlantik şam yeməyində iştirak edib.

Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"dəki hesabında paylaşım edib.

"Azərbaycanın bu mühüm tədbirdə iştirakı onun əməkdaşlığın inkişaf etdirilməsi, regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsində etibarlı tərəfdaş kimi sadiqliyini və tanınmasını əks etdirir", - XİN-in paylaşımında qeyd olunub.

Mehman Mehdiyev
Избранный
44
20
newscenter.az

10Источники