RU

Netanyahu Qərbə meydan oxudu: “Fələstin dövləti olmayacaq”

İsrailin baş naziri Binyamin Netanyahu Qəzzaya iki ilə yaxındır davam edən hücumlara və soyqırım kimi qələmə verilən işğal siyasətlərinə baxmayaraq Fələstin Dövlətini tanıyan Qərb ölkələrini hədəf alıb.

Turkustan.az xəbər verir ki, İsrail baş nazirliyindən verilən açıqlamaya görə, Netanyahu Qərb ölkələrinin Birləşmiş Millətlər Təşkilatının 80-ci Baş Assambleyası çərçivəsində Fələstini bir dövlət kimi tanımasının "utanc verici bir təslimçilik" olduğunu iddia edib.

Beynəlxalq ictimaiyyətə meydan oxuyan Netanyahu “Fələstin Dövləti olmayacaq” deyərək, bu ölkələrin onu tanımaq qərarının “İsraili heç bir şəkildə bağlamayacağını” bildirib.

İsrail Baş Naziri Ofisinin bəyanatı Netanyahunun BMT Baş Assambleyasında çıxış etmək üçün ABŞ-a getməsinə saatlar qalmış yayılıb. Onun sabah BMT Təhlükəsizlik Şurasında çıxışı da gözlənilir.

Aytən Yaşar/ Turkustan.az

Избранный
16
turkustan.az

1Источники