RU

Tedesko "Fənərbağça"nın Zaqreb "Dinamo"suna məğlubiyyətinin səbəblərini açıqlayıb

"Fənərbağça" Avropa Liqasının ümumi mərhələsinin ilk turunda Zaqreb "Dinamo"suna 1-3 hesabı ilə məğlub olub.

Operativ Media xəbər verir ki, Türkiyə təmsilçisinin baş məşqçisi Domeniko Tedesko oyun haqda fikirlərini bölüşüb.

UEFA-nın mətbuat xidməti Tedeskonun sözlərini sitat gətirib:

"Yalnız nəticəyə deyil, həm də oyunun bir çox aspektlərinə baxacağıq. Biz matça nəzarət edirdik və çoxlu əks-hücumlara imkan vermədik. Amma "Fənərbaxça"nın qol buraxma tərzi... Biz daha yaxşı müdafiə olunmalı, cinahları bağlamalı, zərbələri bloklamalıyıq. Biz əlimizdən gələni etməyə çalışdıq, lakin bu, kifayət etmədi".

Avropa Liqasının ikinci turunda Zaqreb komandası “Makkabi” ilə, “Fənərbaxça” isə “Nitsa” ilə qarşılaşacaq. Hər iki qarşılaşma oktyabrın 2-də baş tutacaq.

Избранный
7
operativmedia.az

1Источники