RU

Avropa Liqası: İlk tura yekun vurulur

Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna yekun vurulacaq.

İdman.biz xəbər verir ki, turun ikinci oyun günündə 9 qarşılaşma keçiriləcək.

Əvvəlcə “Qou Ehed İqls” – “Styaua” və “Lill” – “Brann” matçları baş tutacaq. Daha 7 matç isə eyni saatda start götürəcək.

Qarşılaşmalar arasında ötən mövsüm Çempionlar Liqasında çıxış etmiş “Aston Villa” ilə “Bolonya”nın dueli diqqət çəkir.

UEFA Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur
25 sentyabr

20:45. Qou Ehed İqls (Niderland) – FCSB (Rumıniya)

20:45. Lill (Fransa) – Brann (Norveç)

23:00. Ştutqart (Almaniya) – Selta (İspaniya)

23:00. Utrext (Niderland) – Olimpik Lion (Fransa)

23:00. Aston Villa (İngiltərə) – Bolonya (İtaliya)

23:00. Reyncers (Şotlandiya) - Genk (Belçika)

23:00. Zalsburq (Avstriya) – Portu (Portuqaliya)

23:00. Ferentsvaroş (Macarıstan) – Viktoriya Plzen (Çexiya)

23:00. Yanq Boyz (İsveçrə) – Panatinaikos (Yunanıstan)

Qeyd edək ki, Avropa Liqasının ilk oyunları dünən baş tutub.

İdman.biz

Избранный
4
14
idman.biz

10Источники