RU

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI

Bu gün Çinin ikinci ən böyük avtomobil istehsalçısı və ən böyük avtomobil ixracatçısı olan Chery-nin səhmərinin Honq Konq Birjasında ticarətinə başlanıb.

Marja xəbər verir ki, Şirkətin birjaya verdiyi məlumatda bildirilir ki, IPO (ilkin kütləvi təklif) çərçivəsində 297,4 milyon səhmin 27,75–30,75 Honq Konq dolları (3,57–3,95 ABŞ dolları) qiymət aralığında satılması planlaşdırılır.

Aralarında International Investment Fund SPC, HHLRAdvisors, Greenwoods Assets Management, Dajia Insurance Group və batareya istehsalçısı Gotion High-Tech kimi şirkətlərin olduğu institusional investorlar 587 milyon dollarlıq A sinfi səhm almaq üçün müraciət edib. Bu IPO-dan 1,2 milyard dollar gəlir gözlənilir.

"Chery Automobile"ın səhmlərinin 25 sentyabrda Honq Konq Birjasında ticarətinə başlanıb. 1,2 milyard dollarlıq IPO-dan sonra, açılışda səhmlər 11,2% bahalaşaraq 34,2 HKD-ə çatıb və şirkətin bazar kapitallaşmasını təxminən 23 milyard dollara çatdırıb.

Chery, Jetour və iCAR brendləri ilə tanınan "Chery Automobile" şirkətinin elektrik və ağıllı avtomobil bazarında inkişafını maliyyələşdirmək üçün buraxdığı səhmlər investorların marağını cəlb edib. Səhmlər, investorlara təklif olunan qiymət aralığının yuxarı hissəsi olan 30.75 HKD-də satılıb.

Chery-nin açıqlamasında bildirilib ki, IPO-dan əldə ediləcək gəlirin 35%-i yeni avtomobil modellərinin hazırlanması və mövcud modellərin yenilənməsinə, 25%-i elektrikli avtomobil platformaları, ağıllı kokpitlər və inkişaf etmiş sürücü-assist sistemləri kimi yeni nəsil texnologiyalara sərf ediləcək.

Gəlirin 20%-i isə şirkətin qlobal istehsal gücünü artırmaq üçün xarici zavodlara yönəldiləcək; Vyetnamda əlavə bir zavodun qurulması, Malayziyada isə mövcud istehsal obyektinin genişləndirilməsi planlaşdırılır. Bu sayədə Vyetnamda ildə əlavə 19 min, Malayziyada isə 36 min avtomobil istehsal olunacaq.

Chery avtomobillərini yerli sürücülük vərdişlərinə uyğunlaşdırmaq məqsədilə Avropa, Cənub-Şərqi Asiya və Şimali Amerikadakı AR-GE mərkəzlərində 1000–1500 yeni mühəndis işə götürməyi planlaşdırır.

Çinin ən böyük avtomobil ixracatçısı

Çinin ən çox avtomobil ixrac edən istehsalçısı olan Chery-nin gəlirlərində qlobal satışlar mühüm yer tutur. Qlobal satışlar 2022-ci ildə şirkətin ümumi gəlirlərinin 32,8%-ni, 2023-cü ildə 47,2%-ni, 2024-cü ildə isə 37,4%-ni təşkil edib.

1997-ci ildə Çinin Anhui əyalətində qurulan şirkət 2024-cü ildə 2 milyon 603 min avtomobil satıb və bunun 1 milyon 144 mini xarici satışlar olub.

Chery 29 avqust tarixində IPO üçün Honq Konq Birjasına müraciət etmiş və müraciət qiymətləndirildikdən sonra 25 sentyabr tarixi müəyyən edilmişdi.

Chery Çin avtomobil istehsalçısı avtomobil ixracatçısı Honq Konq Birjası səhm IPO ilkin kütləvi təklif səhmlər qiymət Honq Konq dolları ABŞ dolları institusional investor International Investment Fund SPC HHLR Advisors Greenwoods Assets Management Dajia Insurance Group Gotion High-Tech bazar kapitallaşması elektrik avtomobil ağıllı avtomobil Jetour iCAR yeni modellər mövcud modellərin yenilənməsi elektrikli avtomobil platforması ağıllı kokpit sürücü-assist sistemi AR-GE Vyetnam Malayziya istehsal gücü qlobal satışlar gəlir xarici satışla
Избранный
33
1
marja.az

2Источники