RU

İmişlidə Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə təsis edilən bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Respublikamızın bütün bölgələrində olduğu kimi, İmişli rayonunda da 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 23-də İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.

Aksiyada İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, icra aparatının məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin aidiyyəti xidmət təşkilatlarının işçiləri iştirak ediblər.

Tədbir çərçivəsində İmişli şəhərinin Bayraq Meydanı ətrafında 50-dən artıq müxtəlif növ ağac əkilmiş və suvarma işləri aparılmışdır. Yaşıllıqların qorunması məqsədilə ərazidə müvafiq tədbirlər həyata keçirilmiş, mövcud ağaclara isə aqrotexniki qaydada qulluq göstərilmib.

Qeyd edək ki, bu cür aksiyalar şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, onların qəhrəmanlıqlarını gənc nəsillərə örnək göstərmək məqsədini daşıyır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
qafqazinfo.az

1Источники