RU

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Bakı. Trend:

Abşeron rayonunda avtomobilin vurması nəticəsində piyada hadisəyerində ölüb.

Trend-inməlumatına görə, hadisə sentybarın 24-ü saat 01:30 radələrindəqeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Heybət Əliyev idarə etdiyi“Volkswagen” markalı avtomobillə Saray qəsəbəsi ərazisində,“Novxanı-Sumqayıt” yolu ilə hərəkətdə olarkən yolu keçmək istəyənpiyada, 1968-ci il təvəllüdlü Rəşid Fərzullayevi vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Abşeron RPİ-də Cinayət Məcəlləsinin 263.2-cimaddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Избранный
15
az.trend.az

1Источники