RU

Avropa Liqası: “Fənərbağça” məğlubiyyətlə başladı

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində I turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, turun açılış qarşılaşmalarında Danimarkanın “Midtyulland” klubu Avstriyanın “Şturm”unu məğlub edib.

Yunanıstan təmsilçisi PAOK isə İsrailin “Makkabi” klubuyla qolsuz heç-heçə edib. Azərbaycanda böyük azarkeş kütləsinə malik olan Türkiyənin “Fənərbağça” klubu isə Xorvatiyanın “Dinamo Zaqreb”inə 3:1 hesabı ilə məğlub olub

UEFA Avropa Liqası, Liqa mərhələsi

I tur

“Midtyulland” (Danimarka) – “Şturm” (Avstriya) 2:0
Qollar: Kristensen (avtoqol), 7, Diao, 89

PAOK (Yunanıstan) – Makkabi (İsrail) 0:0

“Dinamo Zaqreb” (Xorvatiya) – “Fənərbağça” (Türkiyə) 3:1
Qollar: Belijo, 21, 51, Bakrar, 90+5 – Şimanski, 25

“Srevena Zvezda” (Serbiya) – “Seltik” (Şotlandiya) 1:1
Qollar: Arnautoviç,65 – İhenaço, 56.

“Frayburq” (Almaniya) – “Bazel” (İsveçrə) 2:1
Qollar: Osteradc, 31,Eqşteyn, 57 – Otele, 84

“Malmö” (İsveç) – “Ludoqorets” (Bolqarıstan) 1 :2
Qollar:Yonsen,78 – Staniç, 8, Billi, 23.

“Nitsa” (Fransa) – “Roma” (İtaliya) 1:2
Qollar: Moffi ,(pen.) 77 -Ndiçka, 52, Mançini, 55.

“Betis” (İspaniya) – “Nottingem Forest” (İngiltərə) 2:2
Qollar: Bakambu, 15, Entoni, 85 – İqor Xesus, 18, 23.

“Braqa” (Portuqaliya) – “Feyenord” (Niderland) 1:0
Qol: Fran Navarro, 79

Избранный
1
1
msport.az

2Источники