RU

Tramp hələ də ABŞ silahlarının Rusiya ərazisində istifadəsini məhdudlaşdırır - KİV

Tramp hələ də ABŞ silahlarının Rusiya ərazisində istifadəsini məhdudlaşdırır - KİV

ABŞ prezidenti Donald Tramp Ukraynanın Amerika istehsalı olan silahlarla Rusiyanın dərinliklərinə zərbələr endirməsinə icazə vermir.

AFN.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. Nəşrin hökumət dairələrindəki mənbələrinə görə, Tramp yalnız ritorikasını dəyişib, kursunu isə eyni saxlayır. O, Kiyevə ABŞ silahlarının satışını təsdiqləsə də, bu silahların Rusiya ərazisində istifadəsinə məhdudiyyət qoyur.

Məlumata əsasən, Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində 23 sentyabrda Vladimir Zelenski ilə görüşə hazırlaşarkən ABŞ rəsmiləri ilə uzun müzakirələr aparıb. Bu şəxslər arasında ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Maykl Uolts və prezidentin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq da olub. Mənbələrin sözlərinə görə, Trampa Ukraynanın yeni hücum planları barədə məlumat verilib və bu planların reallaşması üçün ABŞ-dan kəşfiyyat dəstəyi tələb olunur.

Uolts isə “Fox News” kanalına açıqlamasında Qərb silahlarının Rusiya ərazisinə raket zərbələrində istifadəsi barədə suala birbaşa cavab verməyib: “Bu mövzuda danışmağı prezidentə, müdafiə naziri Pit Heqsetə və dövlət katibi Marko Rubioya buraxıram. Onlar həm NATO, həm də ukraynalılarla məhdudiyyətləri müzakirə edirlər”.

Избранный
28
afn.az

1Источники