RU

Reuters: Ukrayna Aİ-dən 130 milyard avroya qədər “reparasiya krediti” ala bilər...

Brüsselin planı dondurulmuş Rusiya aktivlərinin istifadəsini nəzərdə tutur...

Poliqon xəbər verir ki, Ukrayna Avropa İttifaqından 130 milyard avroya qədər maliyyələşmə əldə edə bilər. Bu vəsait Kiyevə “reparasiya krediti” formasında təqdim olunacaq. Reuters agentliyi Aİ strukturlarındakı mənbələrə istinadən yazır ki, dəqiq məbləğ yalnız Beynəlxalq Valyuta Fondu (BVF) 2026–2027-ci illər üçün Ukraynanın maliyyə ehtiyaclarını qiymətləndirdikdən sonra müəyyən ediləcək.

Məkanizmin əsasında Avropa İttifaqında dondurulmuş Rusiya aktivləri dayanır. Onların həcmi təxminən 210 milyard avro təşkil edir və əsas hissəsi Belçikanın “Euroclear” depozitarında yerləşdirilib. Qeyd edək ki, məhz həmin aktivlər əvvəllər G7 xətti ilə Ukraynaya ayrılmış 45 milyard avroluq yardım paketinin təminat mənbəyi olmuşdu. İndi Brüssel həmin vəsaitləri yeni tranş üçün səfərbər etməyi təklif edir. Lakin bu yalnız Kiyev əvvəlki kreditini ödədikdən sonra mümkün olacaq.

Planın əsas şərtlərindən biri də budur ki, Ukrayna ayrılan məbləği yalnız Rusiyadan mümkün reparasiyalar əldə etdikdən sonra geri qaytarmalı olacaq. Bununla yanaşı, Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərini birbaşa müsadirə etmədən istifadə etməyə imkan verən hüquqi mexanizm üzərində işləyir. Bu isə bir sıra Aİ ölkələrinin və Avropa Mərkəzi Bankının etirazlarına səbəb olub.

“Reparasiya krediti” ideyasının müəllifi Avropa Komissiyasının sədri Ursula fon der Lyayendir. Onun təşəbbüsünə görə, Rusiya aktivləri Aİ tərəfindən buraxılacaq faizsiz istiqrazlarla əvəz ediləcək. Bu istiqrazların təminatı ya bütün üzv dövlətlər, ya da məhdud sayda iştirakçı ölkələr tərəfindən veriləcək.

Ekspertlərin fikrincə, bu mexanizm həm Ukraynanın maliyyə davamlılığını dəstəkləmək, həm də Brüsselin Moskva üzərində təzyiq imkanlarını artırmaq məqsədi daşıyır. Lakin hüquqi və siyasi risklər səbəbindən qərarın qəbul olunması asan olmayacaq.

Poliqon.info

Избранный
15
poliqon.info

1Источники