Bakı. Trend:
BMT-nin Baş katibi Antonio Quterreş süni intellektin artıq sülhvə təhlükəsizliyə təsir etdiyini bildirib və gücdən istifadəüzərində insan nəzarətini təmin etmək üçün qlobal tənzimləyiciçərçivə yaratmağa çağırıb.
Trend-in məlumatına görə, bu barədə Antonio Quterreş BMTTəhlükəsizlik Şurasının süni intellektlə bağlı iclasında deyib.
"Gəlin açıq deyək: bəşəriyyətin taleyini bir alqoritminixtiyarına buraxmaq olmaz. İnsanlar ölüm-dirim qərarları verməksəlahiyyətini həmişə əlində saxlamalıdırlar", - deyə A.Quterreşbildirib.
O, gələn ilə qədər "insan nəzarəti olmadan fəaliyyət göstərənölümcül avtonom silah sistemlərini" qadağan etmək üçün qanuniqüvvəyə malik sənədi imzalamağa çağırıb və nüvə silahından istifadəilə bağlı istənilən qərarın "maşınların deyil, insanlarınsəlahiyyətində olduğunu" vurğulayıb.