RU

Tanınmış məşqçi: "FİFA-nın yalnız bir məqsədi var - varlanmaq"

Tanınmış rusiyalı baş məşqçi Valeri Nepomnyaşşi FİFA-nın 64 komanda ilə 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməyə hazır olması ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

İdman.biz bildirir ki, mütəxəssis bu yeniliyə neqativ yanaşıb.

"Bizim dünyamızda hər şey mümkündür - dünya çempionatında 24, 32 və ya 64 komanda ola bilər. FİFA-nın bir məqsədi var: varlanmaq və mümkün qədər çox qazanmaq. Bu, öz strukturuna görə kommersiya müəssisəsidir, biznesdir. Əgər hər şeyi hesablayıblarsa - yəqin ki, hesablamağı yaxşı bilən insanlar var - onda dünyanın yarısı dünya çempionatının finalında olacaq.

İdman keyfiyyətinə görə dünya çempionatı Çempionlar Liqası və ya fərdi milli çempionatlardan geri qalır. Məsələn, İspaniya millisi Honduras və ya onun kimi biri ilə oynamalıdır. İspanlar üçün belə bir dünya çempionatının nə mənası var? Ancaq biznes biznesdir, bununla barışmalısan”, - Nepomnyaşiçi “Çempionat”a deyib.

İdman.biz

Избранный
18
1
idman.biz

2Источники