RU

Meşədə qalıqları aşkar edilən iki ovçunun ölüm səbəbi açıqlandı

BAKI, 25 sentyabr. TELEQRAF

ABŞ-də meşədə qalıqları aşkar edilən iki ovçunun ölüm sirri açılıb.

Teleqraf xəbər verir ki, 25 yaşlı Endryu Porter və İan Stasko sentyabrın 11-də ov edərkən itiblər. Ailələri uzun müddət onlarla əlaqə saxlaya bilməyib və polisə müraciət edib.

Sentyabrda meşədə onların bel çantaları və digər düşərgə ləvazimatları aşkar edilib. Gənclərin özlərini isə tapmaq mümkün olmayıb.

Porter və Staskonun qalıqları sentyabrın 18-də tapılıb. Mütəxəssislər müayinədən sonra onların ildırımvurma nəticəsində öldüklərini müəyyən ediblər.

Избранный
26
teleqraf.com

1Источники