RU

Üzərində Mixael Şumaxerin avtoqrafı olmuş avtomobil hərraca çıxarılır FOTO

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əvvəlcə Bruney kral ailəsinə məxsus olan, lakin sonradan başqa sahibinə satılan "McLaren F1" superkarı "Formula-1" Əbu-Dabi Qran-prisi zamanı "RM Sotheby's" hərracında satışa çıxarılacaq.

Avtomobil 1994-cü ildə istehsal edilib və 64 nümunədən ibarət "McLaren F1" seriyasında 14-cü avtomobil olub. O, 627 at gücü hasil edən 6,1 litrlik BMW V12 mühərriki ilə təchiz edilib.

Avtomobilin başqa bir unikal xüsusiyyəti onun üzərində 1996-cı ildə Mixael Şumaxerin avtoqraf qoymasıdır. Lakin sonradan 2007-ci ildə o, yenidən rənglənib və bu dəfə Lyuis Hemilton ora öz avtoqrafını qoyub.

Hərrac dekabrın 5-də "Formula-1" mövsümünün final mərhələsi öncəsi sıralama turları başa çatdıqdan sonra keçiriləcək. Lotun 21 milyon dollardan çox olacağı gözlənilir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
1
icma.az

2Источники