RU

Almaniyada orduya çağırışın qaytarılması imkanı müzakirə olunur

BAKI, 25 sentyabr. TELEQRAF

Əgər yaxın illərdə Bundesveri lazımi sayda hərbi qulluqçu ilə komplektləşdirmək mümkün olmasa, Almaniya məcburi hərbi çağırışa qayıda bilər.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.

Onun sözlərinə görə, qərar yalnız parlamentin razılığı ilə qəbul ediləcək.

Hökumətin məqsədi 8-10 il ərzində ordunun və ehtiyat qüvvələrinin sayını 460 min nəfərə çatdırmaqdır.

Bildirilir ki, 2026-cı ildən İsveç modelinə uyğun yeni çağırış modelinin tətbiq edilməsi planlaşdırılır: 2007-ci ildən sonra doğulmuş bütün gənclərə şəxsi məlumatları ilə anketləri doldurmaq təklif olunacaq; qadınlar orduda könüllü iştirak edə biləcəklər.

Hazırda Bundesverdə planlaşdırılan 203 min nəfər əvəzinə təxminən 182 min nəfər hərbi xidmət çəkir. Almaniya müdafiə qabiliyyətinin gücləndirilməsi üçün hərbi büdcəni artırır. Belə ki, 2026-cı ildə xərclər 82,7 milyard avro (ÜDM-in 2,8%), 2029-cu ilədək 3,5% təşkil edəcək.

Избранный
25
teleqraf.com

1Источники