RU

Dünya şöhrətli memarın olduğu təyyarə partladı

Çinli memar Konçzyan Yu Braziliyada təyyarə qəzasında həlak olub.

Publika.az xəbər verir ki, bu barədə “Metropoles” məlumat yayıb.

Dünya şöhrətli çinli memar Yu ilə yanaşı, rejissorlar - Luis Ferras və Rubens Krispim Jr-ın olduğu təyyarə Braziliyanın Akidauana şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin qəza nəticəsində partladığı bildirilir. Qəza ucqar ərazidə baş verib. Bu da təcili yardım xidmətlərinin işini çətinləşdirir.

62 yaşlı Konçzyan beynəlxalq aləmdə "süngər şəhər" konsepsiyası ilə tanınırdı.

Избранный
51
2
publika.az

6Источники